Həmas təşkilatı tərəfindən göndərilən qadın şəkilləri İsrail ordusunu tələyə salıb.
Unikal.org xəbər verir ki, Həmas təşkilatı İsrail əsgərlərinin telefonlarına həm qulaq asmaq, həm də yer tapmaq üçün xüsusi proqram quraşdırıb. Belə ki, proqramların telefonlarına yüklənməsi üçün özlərini qadın kimi təqdim edən təşkilat qrupları İsrail əsgərlərinə qadın fotoları göndərərək onları aldadıblar.
Qeyd edək ki, daha sonra Həmas üzvləri İsrail əsgərlərindən foto və ünsiyyətin davamı üçün proqram təminatını istəyib. Beləliklə, proqramı yükləyən İsrail əsgərlərinin dəqiq mövqeləri Həmas tərəfindən ələ keçirilib.