Moskvada bədbəxt hadisə yaşanıb.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada yaşayan və tibb bacısı olan Aleksandra Yudina əylənmək üçün bara gedib və orada yemək yemə yarışmasına qatılıb. Yarışmanın sonu isə faciə ilə nəticələnib.
Belə ki, 23 yaşlı qız rəqiblərini keçmək üçün üç börəyi bir anda ağzına atıb və boğularaq ölüb. Onun rəfiqəsi Aleksandraya 6 ay öncə qan xərçəngi diyaqnozu qoyularaq ölümünə sayılı günlərin qaldığını və bu səbəbdən gənc qızın mümkün olduğu qədər əylənmək istədiyi üçün barlara getdiyini bildirib.
Dünyasını dəyişən gənc qızın ailəsi isə bu barədə açıqlama verməyib.