Argentina futbolçusu Lionel Messi və "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton “Laureus World Sports Academy” ("Laureus" Dünya İdman Akademiyası) versiyaları üzrə 2019-cu ci ilin ən yaxşı idmançıları mükafatını qazanıblar.
Unikal.org TASS-a istinadən xəbər verir ki, mükafatın verilməsi mərasimi Berlində keçirilib.
Messi 2018/19 yarış mövsümündə “Barselona”nın heyətində (36 qol) İspaniya çempionatının qalibi olub və 12 qolla Çempionlar Liqasının ən yaxşı bombardiri olub. O, "Barselona"nın heyətində İspaniya çempionatını udub. Toplam olaraq o mövsümdə klub səviyyəsində 51 qol vurub və "Qızıl buts"a layiq görülüb. Otuz iki yaşlı hücumçu (1 qolla) Argentina yığması ilə birlikdə Amerika Kubokunda üçüncü yeri tutub. Messi 2019-cu ildə "Qızıl top" mükafatına yiyələnib.
Lüis Hemilton karyerasında 6-cı dəfə və ardıcıl 5 dəfə "Formula-1" avtomobil yarışlarları üzrə dünya çempionatının qalibi olub.
İlin ən yaxşı idmançısı isə Amerika gimnastı Simona Baylz seçilib. O, dünya çempionatında beş qızıl medal qazanıb.
"Laureus" mükafatı 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.