Çində koronavirusdan ölənlərin sayı artıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhyiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı 1868 nəfərə çatıb. Bir gün ərzində virusdan 98 ölüm hadisəsi baş verib. Ötən gün 1701 nəfər, ölkə üzrə isə ümumilikdə 12,5 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.
Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır. Hazırda ölkədə 72 mindən çox insan virusun daşıyıcısıdır. Hün ərzində daha 1,8 min nəfər virusa yoluxub.
Çində koronavirus ötən ilin sonlarında yayılıb. Ölkənin hakimiyyət orqanları 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin Xubey əyalətində naməlum pnevmaniyanın yayılması haqqında xəbərdar edib. Mütəxəssislər xəstəliyin yeni koronavirusla yayıldığını müəyyənləşdiriblər. ÜST xəstəliklə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.
Artıq Çinlə yanaşı daha 25 ölkədə virusa yoluxma və ölüm halları qeydə alınıb.