Axtarış sistemində öz alış-veriş xidmətlərinə avantaj qazandırdığı iddia edilən Google haqqında araşdırmaların nəticəsi kimi, Avropa Komissiyası şirkətə 2,42 milyard avro cərimə tətbiq edib.
Unikal.org ted.az-a istinadən bildirir ki, Google qərardan şikayət verib.
Avropa Birliyində fəaliyyət göstərən şirkətlərin qanun çərçivəsində rəqabət aparması üçün Avropa Komisiyası nəzarət həyata keçirir. Araşdırma nəticəsinə uyğun şəkildə qanunları pozan qurumlara cərimələr tətbiq edilir. 2017-ci ildə sözügedən cərimələrdən Google da nəsibini alıb. Türkiyədə də oxşar səbəbdən dolayı Rəqabət Qurumu ilə problem yaşayan şirkət Avropa Birliyi tərəfindən cərimələnib.
Qərardan şikayət edən şirkət təmsilçiləri Avropa Ədalət Məhkəməsi nəzdində Ümumi Məhkəməyə üz tutublar. Məhkəmənin 3 gün sürəcəyi gözlənilir.