Yaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” gəzinti gəmisində daha 79 nəfərdə koronavirus aşkarlanıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Beləliklə, gəmidə koronavirusa yoluxanların ümumi sayı 621 nəfərə çatıb. Gəmidəki 3 600-dan çox insandan indiyədək 3 011 nəfərin təhlil nümunələrinin götürüldüyü məlum olub.
Koronavirusun aşkarlanmadığı 500 nəfər gəmidən sahilə çıxarılıb.