İngiltərədə yaşayan Daqmar Turner adlı skripka ifaçısı qadının beynində şiş olduğu aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı qadının beynindəki şiş sol əlin kontrolunu etdiyi hissəyə çox yaxın olduğu üçün həkimlər xəstəni ayıq vəziyyətdə əməliyyat etmək qərarına gəliblər. 2 saat davam edən əməliyyatda həkimlər Turnerdən skripka çalmasını istəyiblər.

Beləcə, xəstə ayıq qalıb və onun beyninəki problem aradan qaldırılıb.