Bakıda iki nəfərin bıçaqlanması hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə fevralın 19-da, saat 20:00 radələrində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şafiq Talıbov döş qəfəsindən və onun xalası oğlu, Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Rahim Məmmədov isə kürək nahiyyəsindən bıçaqlanıb. Hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Səhhətləri ilə əlaqədar onların dindirliməsi mümkün olmayıb.

Faktla bağlı Binqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin zərərçəkmişlərlə bir yerdə işləyən Baxış adlı şəxsin olması müəyyən olunub.

Həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.