Hindistanın Ali Məhkəməsi yeni qərar verib. Belə ki, orduda xidmət edən qadınlara yüksək komandanlıq rütbə və vəzifələrini tutmağa icazə verilib.
Unikal.org xəbər verir ki, bundan əvvəl hakimiyyət kəndlərdən hərbi qulluğa çağırılan əsgərlərin mental bağlılıqlarından irəli gələn düşüncələrə görə qadın komandirləri qəbul etməyə hazır olmadıqlarını əsas gətirərək sözügedən qərarın qəbul edilməsinə etiraz edib. Hakimlər bu cür etirazları ayrı-seçkilik və stereotiplərdən qaynaqlanan adlandırıb.
Qərara əsasən qadınlar polkovnik və daha yuxarı rütbələri ala biləcəklər və məhkəmə hökmü üç ay ərzində icra olunmalıdır.
Ali Məhkəmənin çıxardığı hökm qadın zabitlərin piyada, artilleriya və ya tank korpusları kimi ordu döyüş hissələrində xidmət edəcəklərini ifadə etmir.
Qeyd edək ki, ötən il qadın zabitlərin Hindistan ordusunun 10 növündə daimi xidmət göstərmək hüqü1u verilib.