Gürcüstanda siyasi dəyişiklik
12:30 08-11-2012
İQTİSADİYYAT
Gürcüstanda siyasi dəyişiklik
İdarəetmə Rusiyaya verilir
Gürcüstanda İvanaşvili hakimiyyəti artıq Saakaşvili komandasına qarşı sərt mübarizəyə başladı. Ekspertlər hesab edir ki, hazırkı hökümət bütün gücünü səfərbər edərək Saakaşvilinin vaxtından əvvəl istefaya göndərilməsinə çalışır. Bunun üçün də ilk növbədə Saakaşvilinin ətrafının təmizlənməsinə start verilib.
Bu günə qədər baş verənlərdən belə nəticə çıxartmaq olar ki, gürcüstan höküməti ordunu, təhlükəsizlik qüvvələrini zərərsizləşdirmək istəyir. Bunun davamı olaraq iqtisadi rıçaqları ələ keçirtmək üçündə mübarizə aparılır. Azərbaycandan alınan enerji ilə bağlı araşdırma aparma istəyidə sözsüz ki, bununla bağlıdır. İndi isə hökümət bəyanatlardan konkret işlərə keçib. Belə ki, Tiflisdə Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargah rəisi Georgi Kalandadze və 4-cü briqadanın komandiri Zurab Şamatava həbs olunub. Onlar səlahiyyət həddini aşmaqda ittiham edilirlər.
Kalandadze təcili olaraq Müdafiə Nazirliyinə dəvət edilib. Onu elə nazirliyin binasındaca həbs ediblər. "Rustavi-2" telekanalının məlumatına görə, həbs yeni ədliyyə naziri Teya Tsulukianinin göstərişi ilə həyata keçirilib və yeni baş prokuror Arçila Kbilaşvilinin baş verənlərdən xəbəri olub.
Baş Qərargah rəisi və briqada komandiri keçmiş müdafiə naziri Baço Axalainin dindirilməsindən sonra tutulublar. Hələlik onlara qarşı rəsmi ittiham irəli sürülməyib.
Gürcüstan prezidenti Mixail Saakaşvili, eks baş nazir Vano Merabişvili, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Zurab Adeişvili və parlamentin vitse spikeri Qeorqi Baramidze 2005-ci ilin fevral ayında həlak olmuş keçmiş baş nazir Zurab Jvaniyanın işi ilə bağlı baş prokuror tərəfindən dindiriləcək. Gürcüstanın yeni baş prokuroru Arçil Kbilaşvili bildirib ki, Jvaniyanın ölümü ilə bağlı hər kəs, eləcə də Saakaşvili dindiriləcək.
Gürcüstanın sabiq prezidenti Eduard Şvardnadze "Asaval-dasavali" qəzetinə müsahibəsində Jvaniyanın ölümündə bir növ Mixail Saakaşvilinin əli olduğunu vurğulayıb: "Jvaniyanın Saakaşvilini prezidentlik postunda əvəz etmək iqtidarında idi. Onun bunun üçün çox böyük şansı var idi. Ona görə də öldürülüb".
Zurab Jvaniyanın qardaşı Qoqala (Qeorqi) bəyan edib ki, qətlə prezident Mixail Saakaşvili şəxsən rəhbərlik edib. Onun sözlərinə görə, bu "ölüm oyunu" eks baş nazir Vano Merabişvili, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Zurab Adeişvili və parlamentin vitse spikeri Qeorqi Baramidze tərəfindən "səhnələşdirilib".
Xatırladaq ki, Zurab Jvaniyanın və onun partiya tərəfdaşı - Kvemo-Kartli regionunun qubernator müavini Raul Usubovun meyitləri 2005-ci ilin fevralın 3-də səhər saatlarında Tbilisinin mərkəzindəki mənzilində tapılıb. Rəsmi məlumatlarda onların dəm qazından zəhərləndiyi açıqlanıb.
Maraqlıdır, bəs bu həbslərdən sonar nələr baş verəcək? Ekspertlər bildirir ki, hazırda İvanaşvilinin öz komandası yoxdur və yeni təyin etdiyi nazirlər əslində idarəetmə bacarığı olmayan şəxslərdir və bir müddətdən sonar onların əvəzlənməsi prosesi həyata keçiriləcək. Bunun üçündə İvanaşvili Saakaşvilinin yetişdirdiyi kadrları sıradan çıxararaq keçmiş komsomol strukturunda olan şəxsləri irəli çəkəcək. Bu isə ilk növbədə Rusiyanın maraqlarına cavab verəcək. Başqa cür desək İvanaşvili Gürcüstanın idarəetməsini Rusiyaya təslim edir. Bununla yanaşı ekspertlər bildirir ki, Azərbaycanla Gürcüstan münasibətlərində də bir sərinlik yaranacaq. Çünki Azərbaycan Gürcüstana milyonlarla manat dəyərində investisiya qoyub və hazırda İvanaşvili bu sahədə də qüsurların olduğunu bildirir. Qeyd olunur ki, hazırda Azərbaycan Gürcüstanda tikinti sektorunda, yol çəkilişində, yanacaqdoldurma məntəqələrinin quraşdırılmasında , daşınmasında ciddi paya malikdir. İvanaşvili isə bununla barışmayacaq. Çünki bu sahədə Azərbaycanın Gürcüstanda tərəfmüqabil olduğu şirkətlərin böyük əksəriyyəti Saakaşvili ilə bağlıdır və İvanaşvili bu şirkətləri sıradan çıxartmağa hazırlaşır. Bu isə Azərbaycanın maraqlarına ciddi zərbə olacaq. Buna görə də hesab etmək olar ki, İvanaşvili Azərbaycanla münasibətlər nə qədər çox gərginləşəcəksə , bir o qədər Rusiya ilə münasibətləri istiləşdirəcək və Azərbaycanı bütövlükdə Rusiyanın əvəzləməsinə cəhdlər olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00