İngiltərədə qəribə hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kanterburi şəhərində yaşayan Georgia Linehan adlı qadın internetdə bəyəndiyi bir evi kirayə götürmək üçün ev sahibi ilə görüşüb. Lakin bir uşaq anası qadın ev sahibinin ev üçün istədiyi məbləğin çox olduğunu bildirərək ondan endirim etməsini istəyib. 

Ev sahibi isə Linehana olduqca maraqlı bir təklif edib. O, qadının sinəsinin fotolarını göndərəcəyi təqdirdə aylıq kirayə pulunu 200 funt-sterlinq (440 manat) aşağı salacağını bildirib. Georgia Linehan isə bu barədə "Twitter" hesabında yazaraq həmin adamı ifşa edib.