Polşanın Pinkzyn qəsəbəsində bir mağazada qeyri-adi soyğunçuluq hadisəsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında mağazaya soyğunçuluq məqsədi ilə girən şəxs mağaza sahibəsi tərəfindən təmizlik çubuğu ilə döyülüb.
Belə ki, təmizlik işləri aparan qadın, qara maskalı şəxsin məqsədini anlayaraq özünü qorumaq üçün ona əlindəki çubuqla hücum edib.
Qeyd edək ki, oğru ilə qadının vuruşması anbaan mağazadakı təhlükəsizlik kamerasına əks olunub. Maraqlısı odur ki, oğru əməlindən çəkinməyərək mağazadan siqaret götürərək hadisə yerindən uzaqlaşıb.