Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqa səfəri çərçivəsində məktəb müəlliməsi ilə dialoqu dünya mətbuatının gündəmi olub.
Unikal.org xəbər verir ki, Putin müəllimi və onu siyasətə gətirən ilk isim olan 90-cı illərin Peterburq bələdiyyə sədri Anatoli Sobçakın 20-ci ölüm ildönümündə münasibəti ilə abidənin açılışında iştirak edib.
Abidənin açılışından sonra Sankt-Peterburqa vətəndaşlarla görüşən Putin onunla görüşmək istəyən müəllimlə dialoq aparıb.
Putin yanına yaxınlaşan qadının verdiyi sual qarşısında şoka düşüb.
Qadın "Maaşım 10 min 800 rubldu. Yəni 170 dollar. Bu maaşla necə yaşamaq olar? Cənab Putin siz bu maaşla yaşaya bilərsiniz?" deyə soruşub.
Putin isə bu sual qarşısında qızarıb və belə cavab verib: "Bu məsələ məndən aslı deyil. Rusiyada məndən daha çox maaş alanlar var. Dövlət başçısı kimi mənim maaşım ən yüksək deyil".