Fransada 1980-1990-cı illərdə məhdud sayda istehsal olunan "Ferrari F40" avtomobili yanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Monako şəhərində baş verib. Qeyd olunan illər ərzində 1311 ədəd istehsal edilən "Ferrari F40" markalı maşının mühərriki bir anda yanmağa başlayıb. Maraqlısı odur ki, bir adam evinin balkonundan bağ sulamaq üçün nəzərdə tutulan xortumla baş verən yanğını söndürməyə çalışıb. Hadisə yerinə gələn yanğınsöndürənlər baş verən yanğını söndürüb.

Yanan avtomobilin qiyməti isə 1 milyon 200 min avro (2 milyon 200 min manat) olaraq açıqlanıb.