Sahibsiz ev heyvanlarından insanlar necə yararlana bilərlər?
12:33 08-11-2012
İQTİSADİYYAT
Sahibsiz ev heyvanlarından insanlar necə yararlana bilərlər?
Azərbaycanda insanların sahibsiz heyvanlara münasibəti dəyişməyib
Havaların soyuması ilə sahibsiz heyvanlar təhlükə qarşısında qalıb. Balaca it-pişiklər havanın soyuması ilə tələf olmaq təhlükəsi ilə üzləşib. Onarlın yerləşməsi üçün sığınacaqlar belə yoxdur.
Canlı Aləmin Mühafizəsi "Alyans" İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə açıqlamasında bildirdi ki, Azərbaycanda sahibsiz heyvanlara qarşı çox soyuqqanlı münasibət var və mübarizə üçün qəddar metod seçilib. Birlik sədrinin sözlərinə görə, sahibsiz heyvanlarla mübarizə üçün ən qısa yolla, onları öldürməklə işi bitmiş hesab edirlər. Lakin ev heyvanlarının mühafizəsi konvensiyası var ki, ev heyvanlarının öldürülməsi qanuna ziddir. Azərbaycanda isə bir insanın şikayəti ilə onları məhv edirlər.
M.Rəsulzadə qeyd edir ki, Azərbaycanda sahibsiz ev heyvanlarına sığınacalar təşkil olunmur və yaxın vaxtlarda bunun olacağına ümid yoxdur: "Əslində, sığınacaq vacib deyil, heyvanlar təbiətdə azad yaşamalıdır. Sadəcə, insanları maarifləndirmək və mərhəmət hissi aşılamaq lazımdır. Xəstəlik yayan heyvan yox, insanların özüdür".
Birlik sədri hesab edir ki, Dövlət Baytarlıq Xidməti sahibsiz heyvanların sağlamlığına yox, ancaq kənd təsərrüfatı heyvanlarının sağlamlığına xidmət edir: "Əslində baytarlıq xidməti təbiətdəki bioloji müxtəlifliyin qorunmasını təmin etməlidir. Azərbaycanda heyvanları müalicə etməklə yanaşı, insanların heyvana olan münasibətini dəyişmək və insanlığı müalicə etmək lazımdır. Bu sahədə maariflənmə işləri aparılmadır.
Heyvanların insanlara faydası var. Autizm xəstəliyi olanlara, uşaq evlərində olan uşaqlara ev heyvanlarının müsbət təsiri var. Eyni zamanda gözdən əlil insnaların avtomobil yolu keçməsinə yardımçı ola bilər. Bu proqram hazırdır və humanist üsulla yerinə yetirilə bilər".
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında bildridi ki, sahibsiz heyvanlara qarşı xidmət tərəfindən vaksinasiya aparılmır. Onun fikrinə görə, heç bir ölkədə sahibsiz heyvanlara qarşı vaksinasiya üçün üsul yoxdur: "Sahibsiz heyvanlar sığınacaqlarda toplanmalı və baytarlıq tədbirləri aparılmalıdır. Müəyyən məntəqələr olsa, həm heyvanların sağlamlığına da nəzarət olunar".
Anar Məmmədov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00