İtaliyada yeni növ koronavirusdan daha bir nəfər ölüb.

Unikal.org xarici mediaya istinadən  istinadən verdiyi məlumata görə, yeni ölüm halı Kremona şəhərində qeydə alınıb.

Bildirilir ki, ölən onkoloji xəstəlikdən əziyyət çəkən qadın olub.

Məlumata əsasən, ölkədə yeni növ koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 137 nəfərə çatıb.