Bakıda yaşayış binasında yanğın başlayıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyində istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
***
Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Unikal.org məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.