Lüksemburq dünyada ictimai nəqliyyatı pulsuz edən ilk ölkə olmağa hazırlaşır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildən nəzərdə tutulan bu qərar 1 mart tarixindən etibarən qüvvəyə minəcək. Belə ki, vətəndaşlar artıq xüsusi vəsiqə ilə ölkədə qatar, tramvay və avtobuslardan pulsuz istifadə edə biləcək. Yalnız xarici ölkələrə gedən qatarlar və xüsusi biletlər ödənişli olacaq.
Qeyd edək ki, Avropa qitəsinin ən kiçik dövlətlərindən biri olan Lüksemburq ən sıx nəqliyyat şəbəkəsinə malik olan ölkələrdəndir.