Antalyada oğurluq cəhdi edilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında iki nəfər atıcılıq mərkəzinə gəlib. Onlardan biri gözətçilik edərkən digəri şüşəni qıraraq içəri daxil olub. O, güzgüdə özünü və maket əsgəri gördükdən sonra qorxaraq qaçıb. Şübhəli şəxsin qaçış anı təhlükəsizlik kameraları ilə lentə alınıb.