Koronavirus sürətlə yayılmağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni tipli koronavirus (COVİD-2019) Çində 2594 nəfərin dünyasını dəyişməsinə səbəb olub. Bu dəfə isə karantin altında olan bir şəxsin yaşadığı binadan qaçdığı görüntüləri yayılıb.
İlk dəfə Çinin Hubey əyalətində yerləşən Vuhan şəhərində meydana çıxan qatil virusa yoluxanların ümumi sayı 76288 nəfər olaraq açıqlanıb. Onların 11477-nin vəziyyətinin ağır olduğu bildirilib.