Çində yeni növ koronavirusun yaratdığı pnevmoniya səbəbindən ölənlərin sayı 2663 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.
Məlumata əsasən, 27 232 nəfər min insan müalicə yolu ilə bu virusdan xilas olub. Son gün ərzində 71 ölüm faktı qeydə alınıb, təxminən 2 600 insan xəstəxanalardan evə buraxılıb.
Çində yeni növ koronavirusa yoluxanların ümumi sayı isə 77 658 nəfərdir.