Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini – bu ayın əvvəlindən dünyada ən uzunömürlü kişi kimi Ginnesin Rekordlar kitabına düşən Titetsu Vatanabe dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.
Bildirilir ki, Vatanabe 5 mart 1907-ci ildə doğulub, fevralın 23-də vəfat edib. Bu ayın əvvəlində Ginnesin Rekordlar kitabına düşən şəxs Niiqata prefekturasındakı qocalar evində vəfat edib.
Planetin daha əvvəlki qoca sakini də Yaponiya vətəndaşı idi. Hokkaydo adasında yaşayan 113 yaşlı Masadzo Nonaka keçən il yanvarın 20-də vəfat edib.
Dünyanın ən qoca qadını statusunun sahibi 117 yaşlı Kane Tanaka həm də ən uzunömürlü insan kimi Ginnesin Rekordlar kitabına düşüb.