Bakıda kişi arvadını döyüb.
Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 24-də paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Caspian Sport” otelində qeydə alınıb.
Belə ki, Şri-Lanka vətəndaşı Şahemodi Pilanan birlikdə yaşadığı əri tərəfindən qarnından vurulub. O, qarnın küt travması diaqnozu ilə 1 sayl Şəhər Kliniki Mərkəzə müraciət edib. İlkin tibbi yardım aldıqdan sonra qadın evə buraxılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır.