Türkiyənin Əskişəhər ərazisində bir uşaq anası çalışdığı işlə maraqlı gündəm yaradıb.
Unikal.org xəbər verir ki, internetdə gördüyü bir zərgər qadından ilham alan ana 5 yaşlı oğlunun saçından istifadə edərək müxtəlif boyunbağlar və qolbağlar hazırlayıb. Daha sonra hazırladığı əşyaları sosial şəbəkədə paylaşan qadın az vaxt ərzində sifarişlər qəbul edib.
Belə ki, oğlunun saçlarını kəsərək onlardan müxtəlif əşyalar hazırlayan ana xaricdən də sifarişlər qəbul etdiyini qeyd edib.
Gülayə Mecid