Rusiyada qeyri-adi hal yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, texnologiya dərsinin müəllimi sinifə içkili vəziyyətdə girib. O, sinifdə stolun üzərində oturub və daha sonra arxaya yıxılaraq yatıb. Həmin görüntülər məktəblilər tərəfindən lentə alınıb. 

Görüntülərin yayılmasından sonra jurnalistlərə açıqlama verən məktəb direktoru Zulfiya Qilyazova işdən qovulan müəllim haqqında "2017-ci ildən etibarən bu məktəbdə işləyirdi. Şagirdlər də onu çox sevirdi. Bu yaşananlardan sonra bizə xəstə olduğunu demişdi. Bəlkə də, ailəvi problemləri var idi, amma bizə açıqlamadı. Daha öncə onu belə görməmişdik" sözlərini deyib.