İstanbulda tanınmış iş adamı Ali Armağanın oğlu intihar edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 14 yaşlı A.A.-nın yaşadıqları villada özünü silahla vuraraq öldürüb. Hadisə yerinə gələn təcili yardım işçiləri yeniyetmə oğlana tibbi müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Onun valideynlərinin 2 həftə öncə boşandığı məlum olub. Psixoloji problemləri olan A.A.-nın babasının silahı ilə intihar etdiyi bildirilib.