Təl-Əviv Universitetindən təkamülçü bioloq Dorothee Huchonun rəhbərlik etdiyi qrup nəfəs almayan bir canlı kəşf ediblər.
Unikal.org xəbər verir ki, "H. salminicola" adı verilən bu balıq parazitinin mitokondrial genomuna sahib olmadığı, nəfəs almadığı məlum olub. "H. salminicola"nın mikroskopik və genetik tədqiqi zamanı parazitin mitoxondrilərində, o cümlədən, tənəffüs genlərində saxlanılan DNT-nin kiçik, lakin vacib bir hissəsinin əskik olduğu diqqətə çatdırılıb.