Ukraynada səhiyyə islahatlarına etiraz edən şəxs özünü yandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə səhiyyə islahatlarına etiraz edən bir sıra şəxslər  Prezident Aparatının qarşısında toplaşıblar. Fəallar şüarlar qışqırarkən kütlənin arasından çıxan etirazçı bir şəxs üzərinə benzin tökərək özünü yandırıb. 

Ətrafdakıların köməyi nəticəsində tibbi qruplara xəbər verərək, xəsarət alan şəxs  xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, mətbuata verilən açıqlamada ciddi xəsarət alan şəxsin vəziyyətinin orta ağır olduğu və müalicəsinin davam etdiyi bildirilib.  

 

Gülayə Mecid