Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır.

Unikal.org TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, fevralın 28-dən Rusiya İran vətəndaşlarına, işgüzar və humanitar vizalar istisna olmaqla, digər vizaların, o cümlədən tranzit vizaların verilməsini dayandırır.

T.Qolikova əlavə edib ki, İran ilə aviasiya əlaqəsi ləğv edilməyəcək.