Küveytdə daha 17 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 222-dən çoxdur.