Azərbaycan Təhsil Nazirliyi odun yanacağının alınmasına 294 992,83 manat xərcləyəcək.
Unikal.org-un Tender Komissiyasına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyi 26 fevral tarixində odun yanacağının satın alınmasına dair açıq tender üsulu ilə müsabiqə keçirib.
Tender Komissiyasının qərarına əsasən, "Təchizat-ra" MMC "Odun yanacağının satın alınması" lotu üzrə qalib elan olunub. Şirkətlə 294 992,83 manat məbləğində müqavilə imzalanıb.