Bakı Mühəndislik Universitetində (BMU) “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müəllim, tələbə və əməkdaşların icbari tibbi sığorta sistemi, üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırılması olub. 

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatlardan danışıb. B.Hüseynzadə bu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb.    

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin köməkçisi Nurlan Məmmədov iştirakçılara icbari tibbi sığorta sisteminin mahiyyəti, əhəmiyyəti, sistemin ölkə üzrə mərhələli şəkildə tətbiqi, Xidmətlər Zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, müştərək maliyyələşmə məbləğinin tətbiqi və tibbi ərazi bölmələri barədə məlumat verib.  

Tədbir sual-cavab sessiyası ilə davam edib.