Hər keçən gün daha böyük kənd təsərrüfatı ərazisini təhdid etməyə başlayan çöl çəyirtkələrinin sürüləri Pakistan fermerlərini çətin vəziyyətə salıb.
Unikal.org xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalına problem yaradan çəyirtkələrdən xilas üçün Pakistan çıxış yolları axtarmağa başlayıb.
Son 20 ilin ən pisi çəyirtkə hücumuna məruz qalan Pakistana koronavirüsün vurduğu Çin yardım əlini uzadıb.
Çin Pakistana 100 min ördək göndərməyi planlaşdırır. Məqsəd gündə 200-dən çox çəyirtkə yeyən ördəklər bu həşaratı məhv etmək iqtidarındadırlar.
Qeyd edək ki, 20 il əvvəl Sincan əyalətində əkinçilik tarlalarına güclü çəyirtikə hücumunun qarşısını almaq üçün Çin ördəklə mübarizə metodundan istifadə etdi və uğur qazandı.