“Hər bir ölkə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görməlidir. Heç bir ölkə onun ərazisində virusun aşkarlanmayacağı qənaətinə qapılmamalıdır. Bu, böyük səhv olar”.
Unikal.org-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Qebreysus deyib.
“Biz nə ümidsizik, nə də çarəsiz. İlk dəfə koronavirusa yoluxma halı qeydə alındıqda nə edəcəyik? İzolyasiya mərkəzləri, kifayət qədər mütəxəssislər var? Hazırda ölkələr bu sualları özlərinə vermək məcburiyyətindədirlər. ÜST koronavirusa qarşı mübarizə aparmaq istəyən bütün ölkələrin yanındadır. Qorxu və həyəcan bizə kömək etməyəcək. İran və İtaliyada baş verənlər bu virusun nələrə qadir olduğunu bizə göstərdi”, - deyə baş katib vurğulayıb.