Ermənistanda növbəti etiraz aksiyası keçirilib.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə polis hospitalının işçiləri etiraza qalxıblar.
Hökumətin hospitalın ləğv edilməsi ilə bağlı qərarına etiraz edən həkimlər işsiz qalacaqlarından şikayətləniblər.
"Paşinyanı baş nazir seçdik ki, vəziyyət yaxşı olsun, daha pis oldu" - deyə etirazçılar tələbləri yerinə etirilməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.