İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb, 9 türk əsgəri şəhid olub.
Unikal.org
xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib. 

Vali əlavə edib ki, hücum zamanı Türkiyənin bir neçə hərbi qulluqçusu da yaralanıb.
Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirir.
Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

***

05:05

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı növbəti dəfə artıb. Hatay valisi Rahmi Doğan indiyədək 33 türk əsgərinin şəhid olduğunu açıqlayıb. 32 əsgərin yaralndığını açıqlayıb.