NATO, İdlibdə hücuma görə Türkiyənin tələbi üzərinə bu gün fövqəladə toplantı keçiriləcək.

Unikal.org xəbər verir ki, bu gün keçiriləcək NATO-nun toplantısında Rusiya və Suriya qüvvələrinin Türkiyə ordusuna hücumu nəticəsində İdlibdə 33 türk əsgərin şəhid olması məsələsi müzakirə ediləcək.

NATO-nun baş katibi Jens Stoltenberg, Twitterdən, Türkiyənin tələbi üzərinə NATO-nun Şimali Atlantika müqaviləsinin 4-cü maddəsinin işlədildiyini bildirib. 

4-cü maddədə göstərilir ki, NATO-nun Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən, müttəfiq ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhdid edildiyini düşündükdə, bütün müttəfiqləri ilə məsləhətləşmə tələb edə bilər.