"Türkiyə Rusiya hərbçilərini "çox ciddi və təhlükəli" bir qarşıdurmaya təhdid edir, bu, olduqca arzuolunmazdır"
Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Vladimir Cabbarov bəyan edib:
"İdlibdəki münaqişə çox ciddi və təhlükəli bir səviyyədə böyüyür. 2015-ci ilin noyabrında Türkiyə Su-24-ü vuranda, artıq fövqəladə vəziyyət yaranmışdı. Sonra Ankara üzr istədi və rəhbərliyimizin yaxşı iradəsi sayəsində ölkələrimizin münasibətləri bərpa edildi. Təhdid və zərbələr, o cümlədən təyyarələrimizi vurmağa davam edərsə, o zaman qüvvələrimiz arasında qarşıdurma başlaya bilər və bu çox arzuolunmazdır. Çünki Türkiyə bir vaxtlar Suriyadakı terrorçulara qarşı mübarizəyə böyük töhfə verdi ".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın İdlib ətrafındakı problemlərin həlli üçün bir neçə əsas öhdəliyi yerinə yetirə bilmədiyini söylədi.