İranda koronavirusdan ölənlərin sayı artıb.

Unikal.org  IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 34 nəfərdir. 

K.Cahanpur bildirib ki, infeksiya daşıyıcılarının sayı 388 nəfərdir. Eyni zamanda 73 nəfər koronavirusdan sağalıb.