ABŞ-ın Nyu-York şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Unikal. org-un xəbərinə görə, 28 yaşlı ana 2 yaşlı qızını su ilə dolu vannada boğaraq öldürüb. Hadisədən sonra polisə təslim olan ana açıqlamasında övladını, altını çirkləndirdiyi üçün bu cinayəti törətdiyini etiraf edib.
Qeyd edək ki, cani ana bu əməlinə görə 18 il azadlıqdan məhrum edilib.