Rusiya prezidenti Vladimir Putin təcili olaraq İdlibdəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Unikal.org xəbər verir ki, İclasda İdlibdəki vəziyyətin müzakirə olunduğunu vurğulayan Rusiya liderinin sözçüsü Dmitri Peskov Peskov, "Suriya ordusuna qarşı hücumlar həyata keçirən terrorçuların təxribatçı hərəkətləri nəticəsində İdlibdəki vəziyyətin pisləşməsindən narahat olduğunu ifadə edib".
Qeyd edək ki, Əsəd rejimi qüvvələri dünən gecə İdlibdə TSK üzvlərinə hücum etməsindən sonra 33 türk əsgəri şəhid olub. Prezident Rəcəb Tayyib Ərdoğan və Putin, səhər telefon danışığı zamanı İdlibdəki son vəziyyəti müzakirə ediblər.