Əsəd rejiminin Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hava hücumunda 33 əsgərin şəhid olma xəbəri hər kəsi yasa boğub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur müğənnilər bu hadisənin yaşanmasından sonra verəcəkləri konsertlərini ləğv ediblər. Konsertlərini ləğv edən məşhurlar Berkay Şahin, Hatice və Emel Sayın olublar.
Eyni zamanda İstanbul İcra Hakimiyyətinin həyata keçirəcəyi incəsənət tədbirləri də 3 gün müddətinə ləğv olunub.