Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı 2835 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb. Xəbərdə bildirilir ki, 39 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib, bu virusa yoluxanların sayı isə 79,2 mini keçib.
Qeyd edək ki, dünən komitə 2788 nəfərin ölümü, 78,8 mindən çox insanın virusa yoluxması və 36,1 min nəfərin sağalması barədə məlumat vermişdi.