Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında telefon danışığı olub.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları İdlibdə yaranmış vəziyyəti müzakirə ediblər. Putin və Ruhani Astana formatında əldə olunmuş razılaşmanın tam reallaşdırılması zərurətini qeyd ediblər.
Rəsmi məlumatda vurğulanır ki, Suriyadakı vəziyyətə İdlibin deeskalasiyası zonasında artan gərginlik kontekstində baxılır.
Məlumata görə, danışıq İran tərəfinin təşəbbüsü ilə baş tutub.