Yaponiyanın Aomori prefekturasının sularında Beliz bayrağı ilə üzən “GUOXING-1” yük gəmisi balıqçı gəmisi ilə toqquşaraq batıb.
Unikal.org RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kiodo xəbər agentliyi məlumat yayıb.
Sahil mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, hadisə yerli vaxtla saat 22.20-də baş verib. Toqquşmadan sonra balıqçı gəmisi limana qayıda bilib. Gəmidə olan 15 ekipaj üzvü xəsarət almayıb.
Yük gəmisindən isə bir nəfər xilas olub, 13 nəfər itkin düşüb. Onların tapılması üçün 4 patrul gəmisi axtarışa göndərilib.
Qeyd edək ki, gəmidəki heyət üzvlərinin hamısı əcnəbilər olub. Onların arasında Çin, Vyetnam və Filippin vətəndaşları da var.