Türkiyə yeni növ koronavirus səbəbindən İtaliya, Cənubi Koreya və İraqa aviareysləri dayandırır.

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

F.Koca deyib: "Koronavirus ətrafındakı vəziyyətlə bağlı elmi şuranın təklifi ilə biz daha bir tədbir həyata keçirdik. Bu gecədən Türkiyə və İtaliya, Cənubi Koreya və İraq arasında bütün gəliş və gediş uçuşları dayandırılır".

Xatırladaq ki, Türkiyə daha əvvəl Çinə və İrana aviareysləri dayandırıb.