Qərbi Avstraliya ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə “ABC” ştatın rəsmisinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Avstraliyada virusun ilk qurbanı, “Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 79 yaşlı kişidir.
Onun həyat yoldaşı da gəmidə olarkən koronavirusa yoluxub. Hazırda qadının vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Avstraliyada COVID-19 koronavirusuna yoluxanların sayı 25 nəfərdir. Onların 15-i tam sağalıb.
“Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 9 nəfər isə “Darvin” klinikalarında müalicə alır.