Dünyaca məşhur kinorejissor Stiven Spilberqin qızı Mikaela məişət zorakılığı ilə bağlı həbs edilib.
Unikal.org xəbər verir ki, bu barədə “Fox News” yazıb.
KİV-in məlumatına görə, 23 yaşlı Mikaela Spilberq Tennessi ştatının Neşvill şəhərində fevralın 29-da 6.30-da həbs edilib.
Qızın həbsi 47 yaşlı nişanlısı Çak Pankov tərəfindən təsdiqlənib.
“Bu, doğrudur”, - deyə Pankov bildirib və əlavə edib ki, hadisə “anlaşılmazlıq” nəticəsində baş verib və heç kim xəsarət almayıb.
Lakin o, hadisənin detallarını açıqlamayıb.