Avropa Birliyi (AB) İdlibdəki son proseslərin müzakirəsi üçün xarici işlər nazirlərinin iştirakı ilə fövqəladə iclas çağırıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Türkiyənin Avropaya getmək istəyən miqrantlar üçün qapıları açmasından sonra keçən iki gün ərzində bu ölkədən ayrılanların sayı 100 min nəfəri ötüb.