Türkiyə Silahlı Qüvvələri Suriyanın "Neyrab" hərbi aerodromunu dağıdıb.
Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aerodroma pilotsuz uçuş aparatları və ağır artilleriyadan zərbələr endirilib. Nəticədə hərbi hava limanı yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Əsəd rejimi "Neyrab" aerodromundan Türkiyə ordusuna və İdlibdəki dinc əhaliyə qarşı hücumlarda istifadə edirdi.